Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın Xalq artisti xəstəxanaya yerləşdirildi

Rusiyanın Xalq artisti xəstəxanaya yerləşdirildi

Tarix: 9 Fevral 2024 11:55

Rusiyanın Xalq artisti Aleksandr Pankratov-Çerni Moskvada xəstəxanaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Sürücü ilə evə qayıdan 74 yaşlı aktyor avtomobildə özünü pis hiss edib. O, evə çatdıqdan sonra yaxınları dərhal aktyor üçün təcili yardım çağırıblar.

İlkin müayinə zamanı sənətçiyə ürək ritminin pozulması diaqnozu qoyulub. Bundan sonra o, xəstəxanaya yerləşdirilib.

Daha sonra həkimlər Pankratov-Çerninin beş qabırğasının sındığını bildiriblər. Bəlli olub ki, o, Krasnoyarskda qastrol səfəri zamanı ayağı sürüşərək küçədə yıxılıb.

Milli.Az


Etiketlər:  Rusiyanın Xalq artisti xəstəxanaya yerləşdirildi


RƏYLƏR