Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2024 11:58
İndoneziya hakimiyyət orqanlarının xidmətdə olan təyyarələri modernləşdirmək niyyətinə görə Qətərdən 790 milyon dollara 12 ədəd "Mirage 2000-5" döyüş təyyarəsini almaqdan imtina edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyinə istinadən məlumat verib.
İndoneziya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, "Mirage" qırıcılarının alışı baş tutmayacaq və bu cür planlar artıq ləğv edilib: "Yəni müqavilə etibarlı deyil".
Xatırladaq ki, rəsmi Cakarta hava hücumundan müdafiə sistemindəki boşluğu doldurmaq məqsədilə 2023-cü ilin yanvarında Qətərdən istifadə olunmuş Fransa istehsalı olan döyüş təyyarələri almaq üçün müqavilə bağlayıb.
Sənədə həmçinin 14 mühərrikin tədarükü, üç illik texniki yardım, yerüstü dəstək avadanlığı və ekipaj hazırlığı daxildir.
Qırıcılar müqavilənin imzalandığı tarixdən iki il ərzində təhvil verilməli idi.