Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 14:45
Bakı. Elçin Mehdiyev – Trend:
Vergi islahatlarının həyata keçirilməsində xüsusi diqqət verdiyimiz məqamlardan biri də iqtisadi fəallığın təşviq edilməsidir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin sayı 44 608 təşkil edib: “Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən, Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin sayında 32, 9 faiz artım olub ki, bu da say etibarilə 5941 ƏDV ödəyicisi edir. Obyektlərin sayına gəldikdə isə 7,3 faiz artım qeydə alınıb. Bunlar sağlam rəqəmlərdir”.
M.Cabbarov qeyd edib ki, ölkədə pul kütləsi artıb: “Ancaq nağdlaşdırılan vəsaitin həcmi 4,2% azalıb. Sadəcə vergilərin hesablanması ilə ödənilməsi arasında müddət olduğuna görə rəqəmlər belə görünə bilər ki, bu məbləğ artır. Əslində isə bu məbləğ azalıb”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin