Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kaliforniya məhkəməsi Maska “Twitter”in alınması ilə bağlı ifadə verməyi tələb edir

Kaliforniya məhkəməsi Maska “Twitter”in alınması ilə bağlı ifadə verməyi tələb edir

Tarix: 12 Fevral 2024 08:40

ABŞ-nin Kaliforniya ştatının federal məhkəməsi İlon Maska Qiymətli Kağızlar və Birja Komissiyasının apardığı təhqiqat çərçivəsində "Twitter" sosial şəbəkəsini əldə etməsinin qanuniliyi ilə bağlı ifadə verməyi tələb edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ifadənin dəqiq tarixi və yeri bir həftə ərzində müəyyən edilməlidir.

Xatırladaq ki, 27 oktyabr 2022-ci ildə Mask "Twitter"i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. 2023-cü ilin oktyabrında ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası Maskı məhkəməyə verib və onu ifadə verməyə məcbur edib.

Milli.Az


Etiketlər:  Kaliforniya məhkəməsi Maska Twitterin alınması ilə bağlı ifadə verməyi tələb edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ