Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəstəkar Cavanşir Quliyevin vəfatı xəbərinə RƏSMİ REAKSİYA - YENİLƏNDİ

Bəstəkar Cavanşir Quliyevin vəfatı xəbərinə RƏSMİ REAKSİYA - YENİLƏNDİ

Tarix: 12 Fevral 2024 09:33

------

08:46

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub.

74 yaşlı bəstəkar bu gün planlı əməliyyata girəcək.

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşmişdi. Onun beyninə qan sızdığı bildirilir.

Bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstək verilir.

-------

07:40

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda, müalicə aldığı xəstəxanada vəfat edib.

Bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.

Xatırladaq ki, sənətkar fevralın beşində xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az


Etiketlər:  Bəstəkar Cavanşir Quliyevin vəfatı xəbərinə RƏSMİ REAKSİYA YENİLƏNDİ


RƏYLƏR