Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kim gedib lüt bədənə iki dəsmal bağlayıb... - Elşad Miridən Həcc ilə bağlı AÇIQLAMA

Kim gedib lüt bədənə iki dəsmal bağlayıb... - Elşad Miridən Həcc ilə bağlı AÇIQLAMA

Tarix: 12 Fevral 2024 14:10

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətlər açıqlanıb. Belə ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları, yəni 10 min AZN təşkil edir. Qiymətə həcc ərəfəsində qidalanmaq, ehramlar, kəsəcəyiniz qurbanlar isə daxil deyil.

Sosial şəbəkələrdə məbləğin yüksək olması müzakirələrə səbəb olub.

Milli.Az bildirir ki, mövzu ilə bağlı sfera.az-a açıqlama verən dinşünas Elşad Miri bildirib ki, insanların pulunu nəyə xərclədiyinə qarışa bilmərik:

"Bodruma, Pattayaya, Havaiyə, Maldivlərə gedənlərə heç kim heç nə deyə bilməyəcəyi kimi həccə gedənlərə də, mən də daxil olmaqla qarışmaq ixtiyarımız yoxdur. Hər nə qədər həcdən başqa adlarını yazdığım digər yerlərə gedənlər bunu dinin əmri kimi qəbul etməsə də, qarışa bilmərik. 

Özləri bilər. Kim gedib şeytan daşlayacaqsa, bunu da özləri bilər (hələ də öldürə bilməyiblər). Kim gedib lüt bədənə iki dəsmal bağlayıb bunu ehram adlandıracaqsa, tikili heç ne geyinməyəcəksə, bunu da özləri bilər. Qayıdandan sonra özlərinə həci və həcixanım dedizdirəcəklərsə, bunu da özləri bilər yox, özləri bilir. 

Özüm neçə dəfə getmişəmsə, başqalarının getməyinə niyə qarışıram axı..."

Milli.Az


Etiketlər:  Kim gedib lüt bədənə iki dəsmal bağlayıb Elşad Miridən Həcc ilə bağlı AÇIQLAMA


RƏYLƏR