Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Akasiya Durağı"nın aktyorları 15 il əvvəl və sonra - FOTOlar

Tarix: 14 Fevral 2024 06:10

7-dən 77-yə hər kəsin sevərək izlədiyi "Akasiya Durağı" serialının aktyorlarının yeni fotoları yayılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, şəkillərdə uşaq aktyor Erimşah Bora, Pınar Aydın, Tarık Ündüz, Ayça İnci, Sema Aras, Kayhan Yıldızoğlu, Alp Kırşan, Şeyla Halis və başqaları yer alıblar. Onların fotoları 15 il əvvəl və sonra müqayisəli şəkildə paylaşılıb. 

Ekran əsərində müflis olan varlı iş adamı Kemal Güneş (Zafer Ergin) intihar edir. Bundan sonra Kemalın 15 ilik şəxsi sürücüsü Nuri Bey (Zeki Alasya) onun arvadı Melahatın "Akasya Durağı"nda işləməyini istəyir.

"Akasiya Durağı" 2008-2012-ci illərdə ekrnlara gələn komediya janrlı layihədir. Rejissorluğunu Yaşar Seriner edib.

Ümumilikdə 5 mövsüm yayımlanan serial 174 bölümdən ibarətdir.

Milli.Az


Etiketlər:  Akasiya Durağının aktyorları 15 il əvvəl sonra FOTOlar


RƏYLƏR