Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FİFA klubların qış "transfer pəncərəsi"ndə nə qədər pul xərclədiklərini açıqlayıb

FİFA klubların qış

Tarix: 14 Fevral 2024 09:08

Qış "transfer pəncərəsi"ndə futbol klublarının xərcləri 1,46 milyard dollara çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu, dövrələrarası fasilələr tarixinin ən yüksək ikinci göstəricidir.

Qeyd olunub ki, 2024-cü ilin yanvarında klublar tərəfindən reallaşan transferlərin sayı təxminən 4700 olub və 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6% artıb.

Futbolçulara ən çox pulu fransız klubları xərcləyiblər - 291,9 milyon dollar. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.

İngiltərə klublarının xərcləri isə il ərzində, demək olar ki, 80% azalıb.

Milli.Az


Etiketlər:  FİFA klubların qış transfer pəncərəsində qədər pul xərclədiklərini açıqlayıb


RƏYLƏR