Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu

Prezident: Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu

Tarix: 14 Fevral 2024 17:33

Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik. Bildirilmişdi ki, Ermənistanın üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində söyləyib.

Ancaq vaxt keçdikcə yenidən bizə qarşı ərazi iddialarının irəli sürüldüyünü, onların yenidən çirkin əməllərindən əl çəkmək istəmədiklərini gördüyümüzü vurğulayan dövlətimizin başçısı bildirib: "Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu. Bəlkə kimsə onlara müəyyən məsləhətlər də verirdi ki, bu öhdəliklər yerinə yetirilməsin".

Milli.Az


Etiketlər:  Prezident Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ