Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Səbail”in portuqaliyalısı: “Juninyo “Braqa”nı əks-hücumda məyus edəcək”

“Səbail”in portuqaliyalısı: “Juninyo “Braqa”nı əks-hücumda məyus edəcək”

Tarix: 15 Fevral 2024 18:02

"Braqa" Portuqaliyada böyük komandadır".

Sonxeber.net xəbər verir ki, bunu İdman.bizə "Səbail"in portuqaliyalı futbolçusu Nunu Pedru deyib.

Vətənində 4 klubda top qovmuş 29 yaşlı yarımmüdafiəçi Avropa Liqasının pley-offunda bu gün keçiriləcək "Braqa" - "Qarabağ" oyununa münasibət bildirib. Onun sözlərinə görə, Portuqaliya klubu bu il daha da təkmilləşib: "Braqa"ya qarşı səfərdə oynamaq çox çətindir. "Qarabağ" Portuqaliyada uduzmamağa çalışmalıdır. Məncə, "Braqa"nın zəif nöqtəsi müdafiədir və inanıram ki, Juninyo rəqibi əks hücumda məyus edə biləcək".

Qeyd edək ki, Nunu Pedru bu ildən etibarən "Səbail"in şərəfini qoruyur. O, Azərbaycan çempionatında 7 qolla yadda qalıb.


Etiketlər:  Səbailin portuqaliyalısı Juninyo Braqanı əks hücumda məyus edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ