Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2024 18:18
"Ən-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun penaltilər istisna olmaqla qollarının sayında "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi ilə bərabərləşib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Ronaldu AFK Çempionlar Liqasının 1/8 final mərhələsində Səudiyyə Ərəbistanının "Əl-Feyha" klubu ilə ilk oyununda (1:0) qol vurub. Beləliklə, Ronaldu penaltiləri nəzərə almasaq, karyerasında 713-cü qolunu vurub. Lionel Messinin də eyni sayda qolu var.