Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Açim Steyner İlham Əliyevi təbrik edib

Açim Steyner İlham Əliyevi təbrik edib

Tarix: 16 Fevral 2024 11:54

BMT-nin İnkişaf Proqramının Administratoru Açim Steyner Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net president.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) adından ən səmimi təbriklərimi çatdırmaq istərdim.

30 ildən artıqdır ki, BMTİP və Azərbaycan Respublikası geniş spektrli inkişaf sahələrində əsaslı əməkdaşlıq edir. BMTİP inklüziv iqtisadi inkişaf, idarəetmə və rəqəmsallaşma, iqlim fəaliyyəti və fəlakətlərin idarə edilməsi və humanitar minalarla mübarizə də daxil olmaqla əsas milli prioritetlərin dəstəklənməsində etibarlı tərəfdaş olmaq imtiyazına layiq görülüb. BMTİP Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qarşılıqlı surətdə müəyyən edilmiş bu və digər prioritetlər üzrə Azərbaycan Respublikası Hökuməti ilə strateji əməkdaşlığın dərinləşdirilməsinə sadiqdir.

BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı müzakirə etmək üçün Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Etiketlər:  Açim Steyner İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ