Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Adnan Oktar təşkilatına qarşı yeni iddia: "Kediciklər"i zorla...

Adnan Oktar təşkilatına qarşı yeni iddia:

Tarix: 16 Fevral 2024 14:48

İstanbul Respublika Prokurorluğu Adnan Oktar silahlı cinayət təşkilatının mövcud strukturu ilə bağlı yeni iddianamə hazırlayıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Oktardan başqa, aralarında vəkillərin də olduğu ümumilikdə 19 nəfərin hər biri 43 il 5 ay həbsləri istənilib.

Baş Prokurorluq 352 səhifəlik iddianamədə 15 gün müddətində 200-ə yaxın vəkillə görüşdüyü bildirilən Adnan Oktarın həbsxanada olmasına baxmayaraq təşkilatçılıq fəaliyyətini davam etdirdiyini, vəkilləri və digər təşkilat üzvləri Meltem Daban və Ferhunde Eda Babuna vasitəsilə təşkilatı aktiv saxlamağa çalışdığını iddia edib.

İddianamədə hər bir müttəhimin həm Adnan Oktar, həm də bir-birinə məktub yazmağa təşviq edildiyi, məktub yazmayanların təqib edildiyi, bu məktubların gələcəkdə dəlil kimi istifadə olunması üçün saxlandığı qeyd edilib.

Onların arasında peşmanlıq müddəalarından faydalanmaq istəyən şəxslərin olması ehtimalı ilə öz "sevgi dolu" məktublarının sübut olaraq təqdim edilməsi, "bu insan bizi çox sevir və qorxudulduğu üçün peşmandır" deyilməsi üçün nəzərdə tutulduğu bildirilib.

Qeyd edək ki, Adnan Oktar cinayətkar şəbəkə yaratmaq və ona rəhbərlik etmək, cinsi istismar, təhsil haqqına maneçilik, işgəncə, azadlıqdan məhrum etmə və səsyazma kimi müxtəlif cinayətlərdə təqsirli bilinib.

Milli.Az


Etiketlər:  Adnan Oktar təşkilatına qarşı yeni iddia Kedicikləri zorla


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ