Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aktyorun hədəfi bu dəfə jurnalistlər oldu...

Aktyorun hədəfi bu dəfə jurnalistlər oldu...

Tarix: 17 Fevral 2024 10:50

"Başı olmayan jurnalist başlıq qoyur". 

Milli.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Nofəl Şahlaroğlu "Bax da" layihəsində deyib.

Siyavuş Aslan bu roluna görə tənqid olundu - VİDEO
"Damla musiqi sənətində hansı məqamdadırsa, meyxana da oradadır" - VİDEO 
 

Aktyor bu dəfə bəzi jurnalistləri tənqid edib:

"Əməkdar artislərdən birindən müsahibə alıblar. Belə bir cümlə işlədib: "Sənət elə vəziyyətdədir ki, adam az qala dilənçilik etsin". Başlığa baxın: "Əməkdar artist dilənir".

Sənsən dilənçi, o deyil. Belə adamlara ancaq "zurnalist" demək olar. "Jurnalist" adı onlara yaraşmır.

Siz nəyə xidmət edirsiniz? Hansı jurnalistikadan danışırsınız? Sizin jurnalist etikasından xəbəriniz yoxdur. Mətbuat Şurasının qayda-qanunları bir dəfə açıb oxumusunuz? Ümumiyyətlə, belə qaydaların olduğundan xəbəriniz var?!"

Aktyor reytinq üçün məlumatları təhrif edən jurnalistlərə qəzəblənib:

"Sən reytinq xətrinə müsahibə aldığın adamın adi bir cümləsini niyə qabardırsan? Üstəlik təhrif edirsən. Vallah, bu iş deyil. Özünüzə iş tap. Bu peşənin tarixi qədimdir. Siz Azərbaycan KİV-ni qorumursuz, ona xidmət etmirsiz. Siz başqa işlə məşğulsunuz".

Milli.Az


Etiketlər:  Aktyorun hədəfi bu dəfə jurnalistlər oldu


RƏYLƏR