Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan Azərbaycana qarşı iddialardan əl çəkməlidir - Ceyhun Bayramov

Ermənistan Azərbaycana qarşı iddialardan əl çəkməlidir - Ceyhun Bayramov

Tarix: 17 Fevral 2024 12:42

Fevralın 16-da xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qarşı tərəfin müraciəti əsasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn ilə görüşüb.

Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

Sülh sazişi layihəsinə gəldikdə Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb.

Milli.Az


Etiketlər:  Ermənistan Azərbaycana qarşı iddialardan əl çəkməlidir Ceyhun Bayramov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ