Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəbnəm Tovuzlu hakim qarşısına çıxarılır

Şəbnəm Tovuzlu hakim qarşısına çıxarılır

Tarix: 22 Fevral 2024 12:45

Nəsimi rayon Məhkəməsində müğənni Şəbnəm İlyas qızı Tapdıqova ilə Şəbnəm Tovuzlu (Əsədova Şəbnəm Ələddin qızı) arasında keçiriləcək məhkəmə iclasının vaxtı məlum olub.

Milli.az "Unikal"a istinadla xəbər verir ki, məhkəmə prosesi fevral ayının 27-də hakim Nail Abbasovun sədrliyi ilə keçiriləcək.

Məhkəmədə iddiaçı qismində Şəbnəm Tapdıq, cavabdeh qismində isə Şəbnəm Tovuzlu tanınıb. Ş.Tapdıq məhkəməyə müraciət etməsini adla deyil, qarşı tərəfin ona atdığı şər və böhtanla əlaqələndirib.

Qeyd edək ki, məhkəmə prosesi ötən ilin dekabrından başlasa da, Şəbnəm Tovuzlunun prosesə gəlməməsi səbəbindən baxış iclası təyin edilmirdi. 15.02.2024-cü il tarixdə isə hazırlıq iclası keçirilib və baxış iclası təyin edilib.

Milli.Az


Etiketlər:  Şəbnəm Tovuzlu hakim qarşısına çıxarılır


RƏYLƏR