Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boşanmaq istədiyi əri ilə əl-ələ görüntüləndi - FOTO

Boşanmaq istədiyi əri ilə əl-ələ görüntüləndi - FOTO

Tarix: 23 Fevral 2024 15:45

Hollivud ulduzu Natali Portman boşanma ərəfəsində olduğu həyat yoldaşı Benjamin Milpenlə görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük Los-Ancelesdə övladları ilə birgə gəzərkən obyektivlərə tuş gəliblər. Portmanla Benjamin əl-ələ tutub və xoşbəxt olduqları görünüb. Lakin Portmanın əlində nikah üzüyünün olmaması diqqətdən yayınmayıb.

Qeyd edək ki, Natali ilə Benjamin arasında problemlərin olduğu aktrisanın Kann Film Festivalına tək qatılmasından sonra yaranıb. Lakin cütlük bir müddət sonra Beyonsun konsertində və şam yeməyində səmimi görüntüləniblər.

Cütlüyün Alef və Amaliya adlı iki övladı var.

Milli.Az


Etiketlər:  Boşanmaq istədiyi əri ilə əl ələ görüntüləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ