Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beyons sağalmaz xəstəliyə düçar oldu

Beyons sağalmaz xəstəliyə düçar oldu

Tarix: 23 Fevral 2024 16:30

Beyons uzun illərdir sədəf xəstəliyi ilə mübarizə apardığını etiraf edib

Milli.Az lent.az-a istinadən bildirir ki, amerikalı müğənni sağalmaz otoimmün xəstəliyinə tutulduğunu etiraf edib. 

O, uzun illərdir ki, əsasən dəriyə təsir edən xroniki xəstəlik olan psoriazla mübarizə apardığını bildirib. Xəstəlik qırmızı, quru ləkələrin görünüşü ilə müşayiət olunur. Müğənni bildirib ki, xəstəliyinə görə ən çox saç və baş dərisi əziyyət çəkir.

"Mən demək olar ki, bütün uşaqlığımı anamın gözəllik salonunda keçirmişəm. Atam davamlı olaraq başıma sədəf xəstəliyinə qarşı xüsusi məlhəm çəkirdi", - Beyons bildirib.

Milli.Az


Etiketlər:  Beyons sağalmaz xəstəliyə düçar oldu


RƏYLƏR