Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2024 20:32
Ukraynadan olan ən azı 15 min qaçqın Böyük Britaniyada evsiz qalıb - bu, isə təxminən 7,5% deməkdir.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, "The Daily Telegraph" Regional İnkişaf və Mənzil İnşaatı Nazirliyinə isdtinadən belə yazıb.
Hazırda Britaniyada Ukrayna vətəndaşlarına sığınacaq almaq üçün sponsorluq proqramı mövcuddur. Bunun üçün onların ayrı-ayrı şəxslərdən, xeyriyyə təşkilatlarından və ya icmalardan onların mənzillə təmin olunmasına zəmanət verəcək dəvəti olmalıdır. Ukraynalıları qəbul edən vətəndaşlar hökumətdən 350 funt-sterlinq (ayda 445 dollar) ödəniş alırlar. Ukraynalı qaçqınların saxlanmasının birinci ilindən sonra bu məbləğ 500 funta (635 dollar) qədər artır.
Qeyd edək ki, təxminən 130 min Ukrayna vətəndaşı bu proqramdan yararlanıb.