Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bavariya”dakı işini XATIRLADI

“Bavariya”dakı işini XATIRLADI

Tarix: 23 Fevral 2024 21:54

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann "Bavariya"dakı fəaliyyətini xatırlayıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, almaniyalı mütəxəssis 2021-2023-cü illərdə Münhen klubuna rəhbərlik edib.

"Bavariya"ya vəziyyəti dəyişmək məqsədi ilə təyin olundum. Elə klublar var ki, sənə vaxt verir. Yurgen Klopp ilk dəfə çempion olana qədər "Liverpul"da beş il keçirdi. Pep Qvardiola təyinatından cəmi 7 il sonra "Mançester Siti" ilə Çempionlar Liqasının qalibi olub. "Bavariya" məşqçilərinin nəyisə inkişaf etdirməyə çox vaxtı yoxdur", - Naqelsmann söyləyib.

Xatırladaq ki, Yulian "Bavariya"dan sonra Almaniya millisinə rəhbərlik edir.

Milli.Az


Etiketlər:  Bavariyadakı işini XATIRLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ