Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya nümayəndələri BMT iclasını tərk etdi

Rusiya nümayəndələri BMT iclasını tərk etdi

Tarix: 23 Fevral 2024 21:54

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya və onun birinci müavini Dmitri Polyanski Baş Assambleyanın Ukraynanın işğal olunmuş ərazilərinə həsr olunmuş iclasını tərk ediblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı Nebenzya açıqlama verib.

"Ukraynanın "işğal olunmuş əraziləri" anlayışı mövcud deyil. Rusiyanın yalnız yeni əraziləri var. Kollektiv Qərb gec-tez Ukrayna ilə bağlı etdiklərinə görə cavab verməli olacaq", - Nebenzya qeyd edib.

Milli.Az


Etiketlər:  Rusiya nümayəndələri BMT iclasını tərk etdi


RƏYLƏR