Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2024 22:16
PKK terror təşkilatının üzvlərindən olan "Mazlum Mardin" kod adlı Murad Kızıl Avropaya qaçmağa fürsət tapmadan ələ keçirilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) və Təhlükəsizlik Kəşfiyyat İdarəsi birgə əməliyyat keçiriblər. Terrorçu Murad Kızılın gizləndiyi yer müəyyən edilib. Murat Kızıl Türkiyəyə gətirilib və məhkəmə məsuliyyətinə cəlb edilib.
Qeyd edilib ki, o, 2015-ci ildə Suriya və İraqda terror fəaliyyəti göstərib.