Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İt meşədə 9 kiloqrama yaxın "narkotik xəzinəsi" tapdı

İt meşədə 9 kiloqrama yaxın

Tarix: 24 Fevral 2024 19:56

Leninqrad vilayətində Sankt-Peterburq sakininin iti gəzinti zamanı 9 kiloqram a yaxın narkotik tapıb.

Publika.az xəbər verir ki, bu barədə "Fontanka" yazır.

27 yaşlı gənc polisə zəng edərək itinin Vsevolojsk yaxınlığındakı meşədə böyük qara çanta tapdığını bildirib. Peterburq sakini onun içəində narkotik ola biləcəyini söyləyib.

Hadisə yerinə gələn polis paketdən 9 kiçik kisə ağ toz götürüb. "Xəzinə"nin ümumi kütləsi 8,5 kq-ı ötüb. Laboratoriyada aparılan sınaqlar onun sintetik dərman olduğunu göstərib.

Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi cinayət işinin başlanması barədə məlumat yayıb. Narkotik sahibinin müəyyən edilərək saxlanılması istiqamətində də tədbirlər görülüb.

Milli.Az


Etiketlər:  İt meşədə 9 kiloqrama yaxın narkotik xəzinəsi tapdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ