Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

35 yaşı ötən qadınların diqqətinə: Bu qida əlavələri...

35 yaşı ötən qadınların diqqətinə: Bu qida əlavələri...

Tarix: 25 Fevral 2024 06:12

Müasir dövrdə yaxşı qidalanmaq belə sağlam olmağa zəmanət vermir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, artıq bir çox qida kifayət qədər vitamin və mineral ehtiva etmədiyi üçün qida əlavələrinə müraciət edənlərin sayı durmadan artmaqdadır.

Nəzərə alsaq ki, bir çox insan meyvə, tərəvəz, balıq və ət məhsullarını tövsiyə olunan miqdarda istehlak etmir, qida əlavələrinin əhəmiyyəti daha da artır. Üstəlik, bədənimiz yaşlandıqca və hormon səviyyələrimiz dəyişdikcə, qidalanma ehtiyaclarımız da dəyişir.

Ekspertlər bildirirlər ki, xüsusilə 35 yaşdan sonra, əsasən də qadınlar qida əlavələrindən istifadə etməlidirlər. Qadınların menstrual dövrdən menopoza gedən dövrdə unikal qidalanmağa ehtiyacları var. Lakin hansı əlavələrə ehtiyac duyduğunuzu tapmaq heç də asan məsələ deyil. Çünki qida əlavəsi sənayesi 30 milyard dollar dəyərindədir və 30 mindən çox məhsulu əhatə edir.

Ekspertlər 35 yaşdan sonra aşağıdakı qida əlavələrini istifadə etməyi məsləhət görürlər. Ancaq mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.

1. Balıq yağı;

2. Vitamin D3;

3. Vitamin K2;

4. Fol turşusu;

5. Kolin;

6. Lutein və Zeaksantin.

Milli.Az


Etiketlər:  35 yaşı ötən qadınların diqqətinə Bu qida əlavələri


RƏYLƏR