Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisinin tamaşaçı sayında Avropadakı mövqeyi açıqlandı

Azərbaycan millisinin tamaşaçı sayında Avropadakı mövqeyi açıqlandı

Tarix: 26 Fevral 2024 11:42

Milli komandaların tamaşaçı reytinqi açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İFFHS dünya çempionatlarının Avropa zonası üzrə seçmə mərhələlərindəki orta tamaşaçı sayını tərtib edib.

Ev və səfər oyunlarının hamısının nəzərə alındığı siyahıda Azərbaycan millisi 35-cidir. Yığmamızın orta göstəricisi 16 min 376-dır.

Millimiz mundial yolunda 66 matç keçirib. Bu qarşılaşmaları 1 milyon 80 min 817 tamaşaçı izləyib.

57 komandanın yer aldığı siyahıya İngiltərə başçılıq edir - 51 min 835. İkinci yerdə artıq mövcud olmayan Saarland qərarlaşıb - 41 min 500. Hər matçında 40 min 979 tamaşaçı olan Almaniya üçüncüdür.

Qeyd edək ki, qonşu Türkiyə millisi cədvəldə 24-cüdür - 27 min 161 tamaşaçı.

Milli.Az


Etiketlər:  Azərbaycan millisinin tamaşaçı sayında Avropadakı mövqeyi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ