Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2024 08:20
Almaniya kansleri Olaf Şolts ölkəsinin müharibəyə sürüklənə biləcəyindən ehtiyatlanaraq Ukraynaya "Taurus" uzaqmənzilli raketlərin verilməsinə qarşı çıxıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
"Bəzi insanlar gördüyümüz işlərin müharibədə hər hansı formada iştiraka gətirib çıxaracağını düşünmürlər. Məni təəccübləndirir ki, hətta bəzilərini bu, narahat belə etmir. "Taurus"la bağlı debatlar Ukraynaya həqiqətən lazım olan şeylərdən fikirləri yayındırır. Ukraynada çatışmayan döyüş sursatlarıdır. Məhz bu ləvazimat ("Taurus" - red.) deyil", - deyə agentlik kanslerin sözlərindən sitat gətirib.
Qeyd edək ki, "Taurus" raketlərinin mənzili 500 km-dən çoxdur. Müqayisə üçün bildirək ki, Ukrayna sərhədindən Rusiya paytaxtına 450 km-dir.
"Taurus"un xüsusi üstünlüklərindən biri də olduqca aşağı hündürlükdə - 50 metrə qədər uça bilməsidir ki, bu da onun radarlar tərəfindən aşkarlanmasını mümkünsüz edir.