Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Doğuş Bakıda əməliyyat olundu - FOTO

Doğuş Bakıda əməliyyat olundu - FOTO

Tarix: 28 Fevral 2024 13:30

Türkiyəli müğənni Doğuş Bakıda əməliyyat olunub. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.  
Doğuş 3 dəfə əməliyyat keçirdiyini açıqlayıb. İfaçının bıçaq altında uzanmasının səbəbi böyrəyində olan problem olub. Sənətçinin həkimi böyrək üstündəki 10 santimetrlik kistin xaric ediləcəyini vurğulayıb.  
Qeyd edək ki, Doğuş teleaparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. Cütlüyün bu nikahdan Arda və Arın adlı əkiz oğlan övladları var. 

Milli.Az


Etiketlər:  Doğuş Bakıda əməliyyat olundu FOTO


RƏYLƏR