Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2024 15:28
"Bilirəm ki, "Neftçi" zəngin tarixə malik klubdur. Bu komandada olduğum üçün xoşbəxtəm".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu "Neftçi"nin futbolçusu Kilan Lebon deyib.
27 yaşlı fransalı yarımmüdafiəçi bu gün keçirilən mətbuat konfransında mövsümdəki çıxışı ilə bağlı fikirlərini bildirib: "Cari mövsümdə cəmi 1 qol vurmuşam. Ancaq bu məqam məni məyus etmir. Qolların gələcəyinə əminəm, sadəcə səbirli olmaq lazımdır. Zədə üzündən iki həftə buraxmışam. Amma bu xəsarət mənim formama təsir etməyib".
Lebon çempionluq şansı real olmayan "Neftçi"nin kuboku qazanmaq üçün mübarizə aparacağını qeyd edib: "Titul uğrunda mübarizə aparacağımıza və azarkeşlərimizi sevindirəcəyimizə ümid edirəm. "Qarabağ"la görüşdə üç xal üçün mübarizə aparacağıq. Səviyyəli komandamız, futbolçularımız var. Buna görə də qarşımıza maksimum hədəflər qoyuruq. Klublar arasında rəqabət tarixən gərgin keçib".
Qeyd edək ki, "Neftçi" çempionatın turnir cədvəlində üçüncüdür, kubokda isə yarımfinala qədər irəliləyib.