Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha iki milyarder Rusiya pasportundan imtina etdi

Daha iki milyarder Rusiya pasportundan imtina etdi

Tarix: 1 Mart 2024 07:30

"Veeam Software" və "Object First" İT şirkətlərinin təsisçiləri Andrey Baronov və Ratmir Timaşev Rusiya vətəndaşlığından imtina ediblər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Forbes" məlumat yayıb.

Baronov və Timaşev 2017-2021-ci illər arasında "Rusiyanın 200 ən varlı iş adamı" reytinq siyahısına daxil edilib. Baronov 2020-ci ildə 1,2 milyard, Ratmir Timaşev isə 1 milyard dollara yaxın vəsaitlə bu reytinqdə yerlərini möhkəmlədiblər.

Nəşr yazıb ki, bununla da Ukrayna müharibəsinin başlanmasından keçən iki il ərzində Rusiya vətəndaşlığından imtina edən milyonçuların sayı 9-a çatıb.

Hazırda Baronov İsveçrədə, Timaşev ABŞ-da yaşayır.


Etiketlər:  Daha milyarder Rusiya pasportundan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ