Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tiflisdən Vaşinqtona: Sübutunuz varsa, təqdim edin

Tiflisdən Vaşinqtona: Sübutunuz varsa, təqdim edin

Tarix: 1 Mart 2024 08:02

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ABŞ-a müraciət edərək ölkə ərazisindən Rusiyaya qarşı sanksiyalardan yayınma ittihamlarına aydınlıq gətirilməsini tələb edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə nazirliyin bəyanatında deyilir.

"Maliyyə Nazirliyinin Gəlirlər Xidməti artıq amerikalı həmkarları ilə əlaqə saxlayıb və bu bəyanatın Gürcüstanla bağlı hansı dəlil əsasında verildiyinə aydınlıq gətirilməsini istəyib. Əgər konkret sübut varsa, Amerika tərəfindən bunu Gürcüstanla bölüşməsi xahiş olunub", - deyilir.

Bundan əlavə, qeyd edilir ki, komitəyə Gürcüstanın beynəlxalq sanksiyaları pozmasını təsdiqləyən hər hansı konkret fakt təqdim edilməyib.

Qeyd edək ki, amerikalı senatorların, maliyyə ekspertlərinin iştirakı ilə keçirilən iclasda Gürcüstanın Rusiyaya yarımkeçiricilərin tədarük edildiyi ölkə kimi istifadə olunduğu bildirilib.


Etiketlər:  Tiflisdən Vaşinqtona Sübutunuz varsa təqdim edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ