Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlin bombardirləri açıqlandı

İlin bombardirləri açıqlandı

Tarix: 1 Mart 2024 10:54

2024-cü ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısı müəyyənləşib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İFFHS-in cədvəlinə bu ilin ilk iki ayında milli komanda və qitə kuboklarında ən çox qol vuranlar açıqlanıb.

Siyahıda ən azı 4 dəfə fərqlənən futbolçular yer alıblar. Qətərli Akram Afif ilin bombardiridir. O, yığmada 9 qola imza atıb. İraqlı Aymen Husseyn 6 dəfə fərqlənməklə ikincidir.

Ən məhsuldar avropalı isə Fredrik Qulbrandsendir. Norveçli futbolçu "Molde"də 4 qola imza atıb.

Qeyd edək ki, siyahıya 13 oyunçunun adı daxil edilib.

Milli.Az


Etiketlər:  İlin bombardirləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ