Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cavanşir Quliyev əməliyyatdan sonra ilk dəfə DANIŞDI:'' Şikəst qalma ehtimalım var idi'' - VİDEO

Cavanşir Quliyev əməliyyatdan sonra ilk dəfə DANIŞDI:'' Şikəst qalma ehtimalım var idi'' - VİDEO

Tarix: 1 Mart 2024 15:15

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev "AzTV Xəbər"ə xəstəliyindən danışıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, nadir xəstəlikdən əziyyət çəkən bəstəkar Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə xəstəxanaya yerləşdirilib. O, ürək, daha sonra isə beyin əməliyyatı olunduğunu söyləyib:

"Müəmmalı bir şey idi. Səhər qəfildən yıxılmışam, xəstəxanaya aparılmışam. Nadir görünən bir şey yaşanıb. Dedilər ki, ürək və beyin böhranı eyni anda olub. Sol ayağım güclü ağrıyırdı. Həkimlər səbəbi tapa bilmirdi. İndi bir ay sonra yenidən Türkiyəyə müayinəyə gedəcəyəm. Dövlətim, hökumətim məni yenidən həyata gətirdi. Çünki şikəst qalma ehtimalım var idi".

Bildirilib onun xəstəliyi 5 milyonda bir insanda rast gəlinir. 

Qeyd edək ki, C.Quliyev bir müddət əvvəl Türkiyədə əməliyyat olunub.


Etiketlər:  Cavanşir Quliyev əməliyyatdan sonra dəfə DANIŞDI Şikəst qalma ehtimalım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ