Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2024 21:48
15 yaşlı Məhəmməd Allahverdiyev əcnəbi musiqiçilər - makedoniyalı ney ifaçısı Aleks Petkovski və argentinalı violonçel ifaçısı Tomas Fizsmanla birgə "Sən gəlməz oldun"u ifa ediblər.
Sonxeber.net xəbər verir ki, gənc istedadlar görkəmli bəstəkar Ələkbər Tağıyevin "Sən gəlməz oldun" əsərini audio və video təsvirdə ərsəyə gətiriblər.
Əsərin aranjimanı və piano ifası Məhəmmədə aiddir. Mahnı əcnəbi musiqiçilər tərəfindən sosial şəbəkə hesablarında paylaşılıb və böyük rəğbət görüb.
Qeyd edək ki, Məhəmməd Azərbaycan Milli Konservatoriyası tərkibində incəsənət gimnaziyasının 10-cu sinif şagirdidir. O, piano və bəstəkarlıq üzrə təhsil alır. Əlavə olaraq vokal, caz və muğamla məşğul olan Məhəmməd həm də fortepianoda muğamlarımızı ifa edən ilk yeniyetmədir.
Onun muğamlarımızdan ibarət albomu işıq üzü görüb. Məhəmməd həm də peşəkar caz kateqoriyası üzrə müxtəlif illərdə 1-ci yerə layiq görülüb. Dünyada inkişaf etmiş bütün ölklələrlə "FRİENDSHİP PROJECT" həyata keçirəcəyini hədəf qoyan Məhəmməd artıq Danimarka, İspaniya, Türkiyə, Pakistan, İran, İsrail, Peru, Braziliya, Danimarka, Makedoniya ilə musiqi layihəsi ərsəyə gətirib.