Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan cüdoçuları Türkiyədə Avropa Kubokunun ilk günündə 12 medal qazanıblar

Azərbaycan cüdoçuları Türkiyədə Avropa Kubokunun ilk günündə 12 medal qazanıblar

Tarix: 2 Mart 2024 23:26

Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk gününündə Azərbaycan cüdoçuları 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, oğlanların mübarizəsində arasında Bahadır Feyzullayev (50 kq) və Nihad Məmişov (55 kq) qızıl medal əldə ediblər.

Qüdrət Yusif (55 kq), Mirxaliq İskəndərov (60 kq), Ümüd Qurbanov və Kənan Sadıqov (hər ikisi 66 kq) bürünc medala sahib olublar.

Qızlar arasında Xədicə Abdullayeva (40 kq) və Vüsalə Hacıyeva (52 kq) qızıl, Leyla Ələkbərova (44 kq) və Aysun Məmmədova (52 kq) gümüş, Nərmin Məmmədli (44 kq) və Diana Eldarova (48 bürünc mükafat qazanıblar.

Qeyd edək ki, turnir sabah başa çatacaq.


Etiketlər:  Azərbaycan cüdoçuları Türkiyədə Avropa Kubokunun günündə medal qazanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ