Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Puqaçova elan etdi: Qayıdıram!

Puqaçova elan etdi: Qayıdıram!

Tarix: 3 Mart 2024 18:50

Uzun müddətdir ki, böyük səhnələrdə çıxış etməyən rusiyalı məşhur müğənni Alla Puqaçova tezliklə yeni mahnıları ilə pərəstişkarlarını sevindirəcəyini açıqlayıb.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, primadonna İnstaqram səhifəsində videomüraciət yayaraq, yubileyində pərəstişkarlarına sürpriz edəcəyini bildirib.

Rusiya mediası Allanın Rusiyaya sön səfəri zamanı mahnı yazdırdığını vurğulayıb.

Qeyd edək ki, Alla Puqaçova Ukraynadakı müharibənin əleyhinə olduğu üçün ölkədən getmişdi. Ancaq qızı Kristina Orbakayte rus ordusuna dəstək nümayiş etdirib. Hətta öz konsertinə 50 bileti Peterburqdan olan və Ukraynada döyüşən rus əsgərlərin ailələrinə hədiyyə edib.

Milli.Az


Etiketlər:  Puqaçova elan etdi Qayıdıram


RƏYLƏR