Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real" Ardanı bu kluba göndərir

Tarix: 4 Mart 2024 11:42

İspaniyanın "Marca" qəzeti "Real Madrid"in Arda Güleri icarəyə göndərmək istədiyi klubun adını açıqlayıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Real" Ardanı "Milan" klubuna icarəyə göndərmək istəyir. Bildirilir ki, Madrid komandası keçmişdə bir çox futbolçuda olduğu kimi Arda Gülerin də "Milan"daoynadıqdan sonra komandaya daha güclü qayıtmasını istəyir. Xəbərdə qeyd edilir ki, "Real" bundan əvvəl Brahim Diazı transfer etdikdən sonra "Milan"a icarəyə göndərib. Ardınca "Real"a qayıdan futbolçu uğurlu oyun nümayiş etdirməy başlayıb.

Qeyd edək ki, Arda Güler "Real Madrid"in heyətində 5 matçda 92 dəqiqə oynayıb.

Milli.Az


Etiketlər:  Real Ardanı bu kluba göndərir


RƏYLƏR