Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan çempionatlarında 100-ə çatan ilk yunan

Azərbaycan çempionatlarında 100-ə çatan ilk yunan

Tarix: 4 Mart 2024 13:02

"Zirə"nin futbolçusu Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 29 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXV turuna təsadüf edib.

Yunanıstanlı futbolçu "Turan Tovuz"la ev görüşündə (1:1) 90 dəqiqə meydanda olub. O, "Zirə"nin heyətində çıxdığı 100 Premyer Liqa qarşılaşmasında 6 qol vurub.

Dmitrios 2020/21 mövsümündən qəsəbə klubunda çıxış edir. O, Azərbaycan çempionatları tarixində 100 oyun keçirən ilk yunanıstanlı legioner olub.

Milli.Az


Etiketlər:  Azərbaycan çempionatlarında 100 ə çatan ilk yunan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ