Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çanaqqalada baş verən zəlzələ kameralara düşdü - VİDEO

Çanaqqalada baş verən zəlzələ kameralara düşdü - VİDEO

Tarix: 5 Mart 2024 09:48

Türkiyənin Çanaqqala şəhərinin Yenice rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, zəlzələ zamanı yerli sakinlərin çaxnaşma anı təhlükəsizlik kameralarına düşüb.

Təbii fəlakət zamanı panikaya düşən insanlar olduqları məkanlardan bayıra qaçıblar.

Market sahibi Ercan Fidan "Anadolu" agentliyinə bildirib ki, zəlzələ zamanı panikaya düşüb: "Hara qaçacağımızı bilmirdik. Çox qorxurduq. İlk dəfə idi ki, belə güclü zəlzələ hiss edirdim".

Milli.Az


Etiketlər:  Çanaqqalada baş verən zəlzələ kameralara düşdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ