Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Arsenal” tarixində ilkə imza atdı

“Arsenal” tarixində ilkə imza atdı

Tarix: 5 Mart 2024 10:44

"Arsenal" tarixinin yeni rekorduna imza atıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu, İngiltərə Premyer Liqasının XXVII turunda baş verib.

London klubu "Şeffild Yunayted"lə səfər oyununda 6:0 hesablı qələbə qazanıb. "Topçular" ilk 45 dəqiqədə 5 qol vurub.

Bu, "Arsenal"in tarixində İngiltərə çempionatlarının yüksək liqasının səfər matçındakı ən yüksək məhsuldarlığıdır. Bunadək paytaxt təmsilçisi rəqib meydanında birinci hissədə heç vaxt 5 və ya daha çox qol vurmamışdı.

Qeyd edək ki, "Arsenal" 61 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Arsenal tarixində ilkə imza atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ