Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azarkeşlər Mbappeyə görə mitinq keçirdilər - FOTO

Azarkeşlər Mbappeyə görə mitinq keçirdilər - FOTO

Tarix: 5 Mart 2024 17:46

PSJ azarkeşləri Parisdə mitinq keçirib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, buna səbəb komandanın hücumçusu Kilian Mbappe olub. Fransa nəhənginin fanatları dinc nümayiş zamanı komanın doğma stadionu olan "Park de Prins"in qarşısında üzərində "Kilian Mbappe: gec deyil, 30 iyun!" sözləri yazılmış pankart açıblar.

Onlar Mbappenin azad agent kimi "Real"a mümkün transferi ilə bağlı son xəbərlərdən narazılıqlarını bildiriblər. Fanatların fikrincə, Mbappe və PSJ yeni müqavilə ilə bağlı fikirləşməlidirlər.

Qeyd edək ki, PSJ ilə futbolçu arasında mövcud müqavilənin müddəti 2024-cü il iyunun 30-da baş çatacaq.


Etiketlər:  Azarkeşlər Mbappeyə görə mitinq keçirdilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ