Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2024 23:02
"Rusiya Kommunistləri" partiyasının rəhbərliyi keçmiş SSRİ rəhbəri İosif Stalinin ölümündə Qərb kəşfiyyat xidmətlərinin mümkün iştirakı ilə bağlı araşdırmaya başlamaq üçün Federal Təhlükəsizlik Xidmətinə və Rusiyanın Baş Prokurorluğuna sorğu göndərib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı yazır.
Partiya sədri Sergey Malinkoviçin sözlərinə görə, bu sorğu onun "Qərbin agentləri" tərəfindən zəhərlənə biləcəyini iddia edən Stalinin müasirləri əsasında verilib. Federal Təhlükəsizlik Xidmətinə və Baş Prokurorluğa müraciət Stalinin ölümünün 71-ci ildönümündə verilib. Partiya Rusiya təhlükəsizlik xidmətlərinin "həqiqəti" tapa biləcəyinə ümid etdiyini bildirib.