Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2019 14:30
Bakı. Trend:
Ağsu şəhərində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin yerli ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
ETSN-dən Trend-ə verilən məlumata görə, araşdırma zamanı şəhərin Molla Vəli Vidadi küçəsində 6 söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib. Ağacların Ağsu Yaşıllaşdırma və Abadlaşdırma MMC-nin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsildiyi və təbiətə 1360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı akt tərtib edillib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu şəhər Prokurorluğuna göndərilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin