Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real" Ardanı klubdan göndərir - Peres qərarını dəyişdi

Tarix: 6 Mart 2024 14:16

"Real Madrid" prezidenti Florentino Peres Arda Gülerle görüş keçirib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Peres Ardanın çox oyun şansı əldə etmək istəməsini anlayışla qarşılayıb. Peres Ardaya bildirib ki, icarəyə getməsi onun üçün daha uğurlu ola bilər. İspaniya mediasının məlumatına görə, Peres Ardaya "Narahat olma, icarəyə getsən yaxşı olar" deyə bildirib. Bildirilir ki, Peres və baş məşqçi Karlo Ançelotti Ardanın icarəyə getməsi barədə qərarı birgə verəcəklər. Arda icarəyə getmək barədə hələlik qərar verməyib. Məlumata görə, "Real" transfer danışıqları zamanı Ardaya əsas heyətdə oynayacağına dair zəmanət vermişdi.

Qeyd edək ki, Arda Güler "Real Madrid"in heyətində 5 matçda 92 dəqiqə oynayıb.

Milli.Az


Etiketlər:  Real Ardanı klubdan göndərir Peres qərarını dəyişdi


RƏYLƏR