Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran gəmisi husilərə dəniz hücumlarında kömək edir

İran gəmisi husilərə dəniz hücumlarında kömək edir

Tarix: 10 Mart 2024 21:30

İran gəmisi "Beşhəd" Yəməndəki husi üsyançılarına başqa ölkələrdən gələn gəmilərə hücum etməkdə kömək edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Financial Times" qəzetinin "MarineTraffic" gəmi izləmə xidmətinin məlumatlarına istinadən yazdığına görə, bir neçə ildir Qırmızı dənizdə demək olar ki, hərəkətsiz qalan "Beşhəd" yanvarın 11-də Ədən körfəzinə doğru yola düşüb.

Bu, bölgədəki konteyner gəmilərinə husilərin hücumlarının başlaması ilə üst-üstə düşüb.

Belə ki, 15 yanvarda "Gibraltar Eagle", iki gün sonra "Genco Picardy", müvafiq olaraq 24 və 26 yanvarda isə "Maersk Detroit" və "Marlin Luanda" hücuma məruz qalıb.

Fevralın 2-dən 19-dək gəmi Çin hərbi-dəniz bazasının yerləşdiyi Cibuti sahillərində olub. Bu dövrdə hücumların sayında artım müşahidə edilib. 

Milli.Az


Etiketlər:  İran gəmisi husilərə dəniz hücumlarında kömək edir


RƏYLƏR