Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sovetski”dəki məşhur qraffiti bərpa olundu - FOTO

“Sovetski”dəki məşhur qraffiti bərpa olundu - FOTO

Tarix: 11 Mart 2024 15:36

Bir müddət əvvəl Bakının Yasamal rayonu, "Sovetski" kimi tanınan ərazidə divara çəkilmiş məşhur qraffitinin silinməsi ilə bağlı məlumat yayılmışdı. Sosial şəbəkələrdə divardakı sənət əsərinin silinmədən sonrakı görüntüsü tənqid və narazılıqla qarşılanmışdı. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, üzərindən təxminən 10 gün keçəndən sonra artıq həmin qraffiti əvvəlki formada bərpa olunub. Yasamal Rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, qraffitini müəllif rəssam özü bərpa edib.

Qeyd edək ki, əraziyə xüsusi kolorit verən sözügedən qraffiti keçmiş "Sovetski" ərazisində 2019-cu ildə rəssam Azər Məmmədli tərəfindən çəkilmişdi. 


Etiketlər:  Sovetskidəki məşhur qraffiti bərpa olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ