Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artist: "Bacımı və məni bibim öz yanına götürmüşdü"

Əməkdar artist:

Tarix: 11 Mart 2024 16:25

Əməkdar artist Mehriban Xanlarova çətin keçən uşaqlıq illərindən danışıb. 

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, "KANAL S"də "Həftənin qonağı" layihəsinə qonaq olan aktrisa, bibisi Zeynəb Xanlarova ilə münasibətlərindən danışıb.
 
O, uşaqlıqdan bibisi ilə böyüdüyünü deyib:
 
"Hər iki valideynim qüsurlu olduğu üçün məni və bacımı bibim öz yanına götürmüşdü. Nə yaxşı ki biz onun yanında böyüdük. Mən çox balaca idim, nə baş verir anlamırdım. Bəlkə də bibim qardaşına kömək etmək üçün bizi götürmüşdü, ya bizi çox sevirdi deyə, onu bilmirəm. Bütün xərcimizi bibim çəkirdi. Amma mən 8-ci sinifdə olanda artıq öz istəyimlə valideynlərimin yanına qayıtmalı oldum".
 
Əməkdar artist Xanlarovanın gündəlik həyat tərzindən də söz açıb:
 
"Evdə hiss elətdirməzdi ki, o ulduzdur. İş də görərdi, yemək də bişirərdi. Biz də hərəmiz bir iş görərdik. Mən qabları yuyardım, bacım ev təmizləyərdi. Ata nənəm də var idi o evdə. O da bizi çox sevirdi. Həmişə əlidolu gələrdi bizə. Bu gün də bibimlə əlaqəm var".

Milli.Az


Etiketlər:  Əməkdar artist Bacımı məni bibim öz yanına götürmüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ