Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan tarixin acı dərslərindən nəticə çıxarıb fransızlara qoşulmamalıdır

Ermənistan tarixin acı dərslərindən nəticə çıxarıb fransızlara qoşulmamalıdır

Tarix: 11 Mart 2024 20:14

Azərbaycan 44 günlük müharibə nəticəsində Ermənistanın işğal etdiyi rayonları geri qaytardı. Ermənilərin "Böyük Ermənistan" yaratmaq ideyası sabun köpüyü kimi dağıldı.

Bu sözləri "Report"un Gürcüstan bürosuna tarixçi-alim, Suxumi Dövlət Universitetinin professoru Quram Marxulia deyib.

Politoloq bildirib ki, ermənilər Azərbaycan ilə sülh müqaviləsi imzalamağa hazır idilər: "Lakin Cənubi Qafqazda geosiyasi maraqları olan Fransa İrəvana yeni ümidlər aşıladı. Məsələ ondadır ki, Türkiyədən incimiş dövlətlər Fransanın nəzarəti altında bir araya toplaşdılar. Bunlar Yunanıstan, Kipr və Ermənistan oldu. Aydındır ki, yunanlar, ermənilər və fransızları türklərə qarşı tarixi düşmənçilik, geosiyasi oyunlar birləşdirir".

"Bu gün Ermənistan tarixin acı dərslərindən nəticə çıxarıb fransızlara qoşulmamalıdır. Nəzərə alınmalıdır ki, vaxtilə Fransa Rusiya və İngiltərə ilə birlikdə Ermənistan dövlətinin yaradılmasını, işğalla əldə etdiklərini onlara vəd etmişdi. Lakin bu da quru vəd olaraq qaldı. Ona görə də düşünürəm ki, bu gün Ermənistan rəhbərliyi Azərbaycan ilə sülh sazişi imzalamalı və regionda çoxdan gözlənilən sabitliyi, sülhü bərqərar etməlidir", - Q.Marxulia vurğulayıb.


Etiketlər:  Ermənistan tarixin acı dərslərindən nəticə çıxarıb fransızlara qoşulmamalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ