Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2024 18:03
Bakı Qlobal Forumunda aparılan müzakirələr dünya gündəmində yer alan problemlərin həllinə töhfə verəcək. Düşünürəm ki, irəli sürülən təkliflərin, müzakirələrin nəticəsi müsbət olacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Moldovanın sabiq Baş naziri, XI Qlobal Bakı Forumunun iştirakçısı Dumitru Braqhis deyib.
"Azərbaycanda hər sahənin inkişaf etdiyinin şahidi oluruq. Belə ki, bu Forum vacib sualların və problemlərin həllini tapmaq üçün Azərbaycan tərəfindən göstərilən çox mühüm təşəbbüsdür. Eyni zamanda, Azərbaycanın beynəlxalq problemlərin həllində çox mühüm rol oynadığını görmək imkanı verəcək", - deyə Dumitru Braqhis əlavə edib.