Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2024 20:50
UEFA Türkiyə Superliqasının "Fənərbaxça" klubunu cəzalandırıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
"Yunion Sent-Julliaz"la səfər matçında yanan məşəl və meydançaya atılan əşyalar səbəbilə "sarı-göylər"in azarkeşlərini 3 səfər matçından məhrum etdiyini bildirilib.
O da qeyd olunub ki, "Fənərbaxça" Konfrans Liqasında finala yüksələrsə, bu matçda cəza keçərli olmayacaq və son 1 oyunluq cəza növbəti mövsümün ilk Avropa matçına kimi uzanacaq.
Qeyd edək ki, UEFA Avropa Konfrans Liqasının 1/4 final mərhələsində "Fənərbaxça" Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq.
Cütün ilk oyunu aprelin 11-də səfərdə, cavab görüşü isə aprelin 18-də İstanbulda keçiriləcək.