Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail Livana zərbələr endirdi

İsrail Livana zərbələr endirdi

Tarix: 16 Mart 2024 12:00

İsrail ordusu Livandan edilən hücumlara cavab olaraq "Hizbullah"ın həmin ölkənin ərazisindəki hədəflərinə hava zərbələri endirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, Ştula və Zarit yaşayış məntəqələrinin ətrafı, həmçinin İsrailin şimalındakı Har-Dov dağı atəşə tutulub. Bundan sonra İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları "Hizbullah"ın Livanın cənubundakı Hula kəndi yaxınlığındakı obyektinə və Marvahina bölgəsindəki müşahidə məntəqəsinə hücum ediblər.

Eyni zamanda İsrail artilleriyası "birbaşa təhlükəni aradan qaldırmaq üçün" Livanın cənubundakı Vadi Hamul istiqamətində yenidən atəş açıb. Bundan əlavə, gün ərzində "Hizbullah"ın Kfar-Killa və Labune yaşayış məntəqələri ərazisindəki infrastrukturuna zərbələr endirilib.

Milli.Az


Etiketlər:  İsrail Livana zərbələr endirdi


RƏYLƏR